Anar Cahangirov bu suallara CAVAB VERMƏLİDİR: NİYƏ GÖZLƏRİNİZ YUMULUR? - Dövlətin qapıları axı sizlərə əmanətdir... cənablar!

22-11-2026, 00:02           
Anar Cahangirov bu suallara CAVAB VERMƏLİDİR:
"Gömrük dövlətin iqtisadi təhlükəsizliyinin keşiyində dayanmalı, qanunsuz idxalın və qaçaqmalçılığın qarşısını almalıdır. Bəs Hava Nəqliyyatında Baş Gömrük İdarəsində vəziyyət necədir?" Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Redaksiyaya daxil olan ciddi iddialar və mənbə məlumatları bu qurumun fəaliyyətində cavablandırılmalı çoxsaylı sualların olduğunu ortaya qoyur.
İddialara görə, vətəndaş xaricdən şəxsi istifadəsi üçün bir neçə əşya gətirəndə gömrük əməkdaşlarının diqqətindən yayınmır. Ən xırda məhsul belə yoxlanılır, vətəndaş bəzən özünü cinayət törətmiş şəxs kimi hiss edir. Bəs görəsən, böyük həcmdə, qutularla ölkəyə daxil olduğu iddia edilən mallar niyə eyni diqqətlə yoxlanılmır?
Söhbət mobil telefonlardan, spirtli içkilərdən, tütün məmulatlarından və digər məhsullardan gedir. Kimlər bu malları ölkəyə hansı qaydada gətirir? Gömrük rüsumları və vergilər tam ödənilirmi? Bütün idxal əməliyyatlarına eyni meyarlarla yanaşılırmı?
Daha ağır iddialar isə ayrı-ayrı şəxslərin qanunsuz ticarət dövriyyəsinə şərait yaradılması və bu prosesdən böyük məbləğdə gəlir əldə edilməsi ilə bağlıdır.
Əgər bu iddiaların heç olmasa bir hissəsi doğrudursa, ortada artıq adi xidməti nöqsan deyil, dövlətin iqtisadi maraqlarına toxunan ciddi məsələ var!
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirov bu suallara cavab verməlidir.
Niyə vətəndaşın çamadanındakı məhsul dərhal görünür, amma böyük həcmdə kommersiya yükləri ilə bağlı iddialar cəmiyyətdə bu qədər sual doğurur?
Gömrükdə qanun hamı üçün eynidirmi, yoxsa kimlərəsə yaşıl işıq, kimlərəsə qırmızı işıq yandırılır?
Dövlətin gömrük nəzarəti şəxsi maraqların xidmətinə çevrilə bilməz! Vəzifə toxunulmazlıq imtiyazı deyil, dövlət və xalq qarşısında məsuliyyətdir.
Gömrük qapısı dövlətin qapısıdır, şəxsi qazanc məntəqəsi deyil❗️
Aidiyyəti hüquq-mühafizə orqanlarından səsləndirilən iddiaların obyektiv, hərtərəfli araşdırılmasını, mümkün qanun pozuntularına hüquqi qiymət verilməsini tələb edirik.
Anar Cahangirov, gömrükdə hər şeyi görən gözlər niyə bəzi məsələlərdə kor olur?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]