Media kanalının məşhur aparıcıda Firdovsi həkim haqqında: "Mənimçün bu adam atamı öldürən həkimdir! "
23-09-2026, 07:44
İnanıram ki, edər. Çünki 2020-ci ildə mənə qarşı da eyni davranışı sərgiləmişdi. Atamın ürəyinə stent qoyan kimi adam komaya girmişdi. Komada olduğu günlərdə isə özünə həkim deyən bu məxluq söz soruşanda, atamla bağlı maraqlananda insanlıqdan uzaq, kobud bir şəkildə məni tərsləyirdi. Gözüm yaşlı şəkildə qapısında gözləyib, atamdan bir xəbər almaq istəyirdim. Hər verdiyim suala qıcıqlanır, kobudıuq edir və özünü sayğısız aparırdı. TEREF yazır ki, bunu Musvat tv-nin aparıcısı Sevinc Telman Qızı deyir. Daha sonra Sevinc Telman Qızı başına gələnlər barədə yazır: “Firdovsi həkim insan kimi gözəl insandır” deyənlər, sizin sözünüzə qarşı mənim yaşadıqlarım. Mənimçün bu adam atamı öldürən həkimdir! Həkim etikası olmayan, vicdani yanaşmadan yoxsul və xəstəyə pul vahidi kimi baxan. Hə, niyə zamanında məhkəməyə vermədiz deyə soruşacaqsızsa, mən belə bir addım atıb, onun cəzalanacağına ümid edəcək qədər sadəlövh deyiləm. Çünki, təcrübəli bir azərbaycanlıyam, məhkəmələrin belə şikayətləri necə araşdıracağına adım kimi əminəm. Zəruri qeyd: Firdovsi İbrahimov Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiridir və bu günlərdə onunla bağlı daha bir şikayət sosial şəbəkələrdə və sonrada mediada işıqlandırılıb. Firdovsi həkimində möveyini işıqlandırmağa hazırıq! TEREF