“Gömrük Komitəsi ləğv edilməlidir...” – İQTİSADÇIDAN İLGİNC AÇIQLAMA

27-07-2019, 09:55           
“Gömrük Komitəsi ləğv edilməlidir...” – İQTİSADÇIDAN İLGİNC AÇIQLAMA
"Gömrük Komitəsinin qalstuklu rəsmilərindən biri demişdi ki, hibrid avtomobillərə rüsum ləğv edilsə bu sui-istifadə hallarına yol açacaq və daha çox vətəndaş hibrid avtomobillər alıb ölkəyə gətirəcək.Qalstuklu müəllimin sözlərinə xeyli gülmüşdüm, rüsumu məhz ona görə ləğv etmək lazımdı ki, çox adam hibrid avtomobil alıb gətirsin, ölkənin avtoparkı müasirləşsin, ekoloji vəziyyətə müsbət təsir etsin - yəni, elə sui-istifadə üçün bu addım atılmalıdır”.

Sfera.az xəbər verir ki, bu sözləri Natiq Cəfərli özünün facebook hesabında yazıb. O Gömrük Komitəsinin eyni kənddən olan rəhbər müəllimlərini hələ də gömrüyün fəlsəfəsini anlaya bilməməkdə ittiham edərək qurumun ləğv edilməsinin vacibliyini vurğulayıb: "Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməli, Vergilər Nazirliyinə birləşdirilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]