Nazim İsmayılovun oğlu atasının sərvətini belə dağıdır - 1 həftəyə 140 min dollar...

24-07-2019, 12:29           
Nazim İsmayılovun oğlu atasının sərvətini belə dağıdır - 1 həftəyə 140 min dollar...
Teref.az yazır ki, hazırda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkənin ən qocaman icra başçılarındandır. Göyçay (2001-2006), Şamaxı (2006- 2011), Sabirabad (2011-2019) və hal-hazırda Saatlıda üst-üstə 19 il icra başçısı postunda çalışmaqdadır. Onun haqqında yerli mediada haqqında kifayət qədər neqativ məlumatlar yazılıb. Haqqında gedən ən ilginc neqativ xəbər isə oğlu Anar İsmayılovun sosial şəbəkələrdə paylaşdığı 150 minlik Lexus-570 maşınının fotosuna görə olub.

Həmin ərəfədə İsmayılov oğluna görə töhmət ünvanı olsa da vəziyyətdən çıxa bilmişdi. Amma indi isə gələn son xəbərlər göstərir ki, Saatlının icra başçısı Nazim İsmaylov ciddi "dəcəlliklə" üz-üzədir". Yəni övladlarının dəbdəbəli həyatı onun üçün ciddi problem yaradıb.


Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hazırda istirahətdə olan Anar İsmayılov 1 həftə ərzində 3 ölkədə olub və bu turlarına təzminən 140 min dollar xərcləyib. Təbii ki, pulların qaynağı atasının sərvətidir. Atasının isə bu sərvəti necə topladığı hər kəsə aydındır. Elə son olaraq Sabirabaddan topladıqları ilə dəcəllərinə bur cür turları hər gün təşkil edə bilər, desək, yanılmarıq...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]