Prezidentin 3 ay öncə açılış etdiyi park bu günə düşdü - Fotolar

23-07-2019, 15:04           
Prezidentin 3 ay öncə açılış etdiyi park bu günə düşdü - Fotolar
Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsız olması barədə şəkillər paylaşılıb.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən parkın yenidənqurmadan sonra aprelin 28-də ölkə başçısı İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən açılışı edilib.

Ancaq yenilənən parkın hazırda baxımsız halda olması vurğulanır. Bildirilir ki, ərazidə güllər ayaqlanıb, yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb.

Məsələ ilə bağlı “Qafqazinfo” Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edib. İH-nin məsul işçisi Bərxudar Bərxudarov bildirib ki, park sakinlərin istifadəsindədir: “Orada hər bir şərait yaradılıb ki, sakinlər rahat istirahət etsinlər. Park baxımsız vəziyyətdə deyil. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları parka qulluq edir, ağacları mütəmadi olaraq sulayır”.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]