Şamaxı "vaenkomu" o biri dünyadanda əskər yığır - VİDEO

21-05-2019, 09:59           
Şamaxı "vaenkomu" o biri dünyadanda əskər yığır - VİDEO
Şamaxı rayonun Avaxıl kəndində 8 il əvvəl dünyasını dəyişmiş şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırış gəlib. Həmin şəxsin yaxınları çaş-baş qalıb.

Ölmüş şəxsə tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib..

Şamaxı rayonunun Avaxıl kəndində yaşamış və 2011-ci ildə dunyasını dəyişmiş İbrahimov Rauf Ötərxan oğlunun adına təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Raufun böyük qardaşı Nüsrət İbrahimov deyir ki, onun balaca qardaşı 8 il əvvəl 24 yaşında xəstəlikdən dunyasını dəyişib.

Nüsrət bu hadisənin onların ailəsində pis təəssürat yaratdığını bildirib. O, belə səhvlərin təkrarlanmamasını tələb edir.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsindən bildirildi ki, hərbi vəzifəli və çağırışçıların ad-soyadlarında, vətəndaşlıq vəziyyətlərində, eləcə də ölümü hallarında onlara 7 gün müddətində məlumat verilməlidir. Lakin onlara belə bir sənəd təqdim olunmadığına görə Şamaxı rayonun Avaxıl kəndində yaşamış Rauf İsgəndərova ölümündən sonra təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Yerli icra orqanlarının verdiyi məlumata görə isə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı RayonŞöbəsinə Rauf İsgəndərovun ölümü haqqında şəhadatnaməsi təqdim olunub.(xezerxeber)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]