Qarabağın şanlı keçmişi

7-10-2026, 11:54           
Qarabağın şanlı keçmişi
Qarabağın tarixi abidələri mövzusunun davamı olaraq, diqqətinizə çox maraqlı və çoxsaylı suallar doğuran növbəti faktı təqdim edirik.
Bu fakt bir daha qonşu respublikanın “alim-tarixçiləri” tərəfindən regionun tarixinin nə dərəcədə saxtalaşdırıldığını anlamağa kömək edir.
Təqdim olunan fotomateriallarda Qarabağın epiqrafik abidələri haqqında əvvəlki mövzulardan sizə artıq tanış olan atlı təsvirləri yer alır.
Bunlar Həsən Cəlal Dövlə, Xaçen Alban knyazının nəsil mülkü olan Xanaberd qalasından (ermənicə Xoxanaberd), Vəngli kəndi yaxınlığından və Bədərə kəndi yaxınlığında yerləşən Yeddi Kilsə monastırının (ermənicə Oxtı Yeğtsi) kənarlarından olan xaçdaşlardakı atlı təsvirləridir.
Qeyd etmək yerinə düşər ki, bu atlı təsviri müxtəlif erməni informasiya resurslarında “artsax döyüşçüsü” kimi təqdim olunur.
Bəs bu döyüşçü əslində kimdir?
Müqayisə aparmaq və paralelləri görmək üçün yüklənmiş fotomateriallarda təqdim olunan, Üçüncü Səlib yürüşü dövrünə aid, əfsanəvi II Qılınc Arslan (1156–1192) adına zərb edilmiş Səlcuq sikkəsinin təsvirinə nəzər yetirə bilərsiniz.
Sultan II Qılınc Arslan 1176-cı ildə Miriokefalon döyüşündə imperator I Manuel Komnenin ordusunu məğlub etməsi ilə məşhurlaşmışdır.
Rum Səlcuq sultanı II Qılınc Arslan sikkə üzərində at belində, əlində nizə ilə irəliləyən vəziyyətdə təsvir olunub.
Xaçdaşdakı atlı ilə Rum Səlcuq sultanlığına aid dirhəmdəki təsviri diqqətlə müqayisə etdikdə, demək olar ki, eyni təsvirlə qarşılaşırıq: atlı döyüşçünün hərbi təchizatı, baş geyiminin forması, nizənin yerləşməsi və, əlbəttə, atın quyruğunda bağlanmış düyün.
Beləliklə, əvvəlki araşdırmalarımızda onomastika və memarlıq üslubu sahəsində apardığımız paralellərdə olduğu kimi, burada da açıq şəkildə və heç bir “zorla qəbul etdirilməmiş” mədəni əlaqənin izlərini müşahidə edirik.
Əlbəttə, bütün bunlar yalnız bir ehtimaldır və qəti hökm kimi qəbul edilməməlidir. Mövzu ciddi və hərtərəfli araşdırmaya ehtiyac duyur.
Sadəcə bunu əlavə etmək istərdik ki, regionun tarixi abidələrini, onların mənşəyini öyrəndikcə və müxtəlif paralellər apardıqca bir daha əmin olursan: tarixi araşdırmalarla yalnız vicdanlı, cəsarətli və obyektiv alimlər məşğul olmalıdır. Siyasi sifarişi yerinə yetirərək maddi rifahını yaxşılaşdırmağa və ya zəhərli, “dənizdən-dənizə” uydurmalarla zəhərlənmiş və zombiləşdirilmiş cəmiyyətdə ucuz şöhrət qazanmağa çalışan kompleksli “nağılbazlar” deyil!
Hörmətlə Sabit Djodjulu
Cemile Mardankızı Türk
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]