TOKİODAN NƏHAYƏT, YENİ BİR ŞAD XƏBƏR!!!

7-10-2026, 11:35           
TOKİODAN NƏHAYƏT, YENİ BİR ŞAD XƏBƏR!!!
Bu ilin Noyabr ayında orada keçiriləcək "Beynəlxalq ICLLL 2026 Elmi Konfransı"na bir məqalə göndərmişdim. Konfrans nomrəsi –EL3314 — dür.
Məqalənin qəbul edilməsi haqqında bildiriş və jurnal seçimi barədə müraciət yazıb mənə Baş Katib(ə):
" Hörmətli Tariyel Azərtürk,
Sumerologiya, Etruskologiya və Türkologiya Tədqiqat Mərkəzi,
Sietl, ABŞ!
Məmnuniyyətlə bildiririk ki,
“Azərtürkün Təkrar Linqvistik Modelləşdirmə Metodu ilə qəlibləşmiş akkad ifadələrinin yenidən oxunması: Enlil-İsme ilə bağlı astronomik hipotezin yoxlanılması”
adlı məqaləniz ICLLL2026 konfransında təqdim olunmaq üçün qəbul edilmişdir.
Bu nailiyyət münasibətilə Sizi təbrik edirik!
Növbəti addım: məqalənin dərc olunacağı jurnalın seçilməsidir.
Prosesi davam etdirmək üçün məqalənizin dərc olunması məqsədilə aşağıdakı jurnallardan birini seçməyinizi xahiş edirik:
1. International Journal of Languages, Literature and Linguistics
(IJLLL) — Beynəlxalq Dillər, Ədəbiyyat və Dilçilik Jurnalı.
İstiqamətləri: dilçilik, dil araşdırmaları, ədəbiyyatın təhlili və
əlaqəli sahələr.
2. International Journal of Social Science and Humanity (IJSSH) —
Beynəlxalq Sosial və Humanitar Elmlər Jurnalı.
İstiqamətləri: sosial və humanitar elmlər, mədəniyyət
araşdırmaları və fənlərarası tədqiqatlar.
Seçim üçün son müddət
Zəhmət olmasa, seçdiyiniz jurnalın adını bu elektron məktuba cavab olaraq 7 oktyabr 2026-cı il, saat 12:00-dək (UTC+9) bildirin.** Cavabınızı aldıqdan sonra rəsmi qəbul məktubunuzu və seçdiyiniz jurnalın nəşr qaydalarını dərhal Sizə göndərəcəyik.
Köməyə ehtiyacınız varmı?
Hər hansı sualınız olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Vaxtında cavabınızı gözləyir və Sizi bir daha təbrik edirik!
Bernice Bai
ICLLL 2026 konfransının katibi.
__________________________
**Birinci jurnalı seçdiyimi dərin təşəkkürlərimlə u an göndərdim. Çünki Bakı Sietldən 12 saat, Yaponiya yəqin +9 = 21 saat qabaqdır. Gecikmək olmaz !!!
******
Xəbərinizi qəti olmayan min illərin yazılı Tarixinizi bir Qərindən iki il də çox zaman kəsiyində dəqiq araşdıran tədqiqatçı kimi mənə inandığınızı nəzərə alıb məktubun inglis versiyası əvəzinə, məqalənin mahiyyətini sizə danışım, biləsiniz ki, bu məqalə
MİXİ YAZILARIN TÜRKCƏ OLDUĞUNU SÜBUT EDƏN ƏN CİDDİ ELMİ ƏSƏRDİR.
Deməli Belçikanın məşhur universitetlərindən olan Göttingen Universitetində 50 ildir tələbləri mixi yazılardan mənasız tərcümələri ilə aldadan - bizimsə kahkəşanlı qədim dünyamızı heçliyə çevirən bir qadın professorun işinə yenidən baxmışdım.
Hələ 1997-də. ƏCDAD (Sietl. 1997, 472 s.) kitabımda da onu çap etmişəm.
U qoca xanım 38 stanzadan (elmi dəlillərin şeirlə ifadəsi) ibarət olan 6 MİNİLLİK ASTRONOMUMUZ ENLİL İSMƏNİN bu günkü adamı təəccübdə qoyacaq astronomik müşahidələrini nonsensə çevirib, "Akkad dilinin ədəbi dili" kimi İtaliyada nəşr olunan "Orientaliya" jurnalında çap etdirib.
Həcmcə nəhəng və məzmunca azman cəsarətə malik mənim u materialım YAPONİYADA ELMİ KONFRANSDA təqdimat üçün qəbul olunub. Və uzun müddət resenziyasının cavabını gözlədim. Ümidimi itirmişdim. Amma qiymətləndirdilər ! Hələ Elmi Jurnalları da seçməyi özləri təklif edirlər.
***
İNDİ DAHA ÜRƏKLƏ DEYƏ BİLƏRƏM:
BİZ AZƏRBAYCAN TÜRKLƏRİ İKİ DÜNYƏVİ SİVİLİZASİYANIN ("ŞUMER" və ETRUSK) SAHİBİ OLMAĞINA ÇOX YAXINIQ, MİLLƏT !
ÖZÜNÜZÜ SEVİN VƏ ƏSASI, ÖZÜNÜZƏ İNANIN !
HEÇ ZAMAN DEMƏYİN Kİ, FİLAN SÖZÜ VƏ YA FİLAN NƏSNƏNİ BİZ FİLAN XALQDAN ALMIŞIQ ! Hər şeyi, hamısını ilkin bizdən alıb bu dünya...
***
ETRUSKOLOGİYA KİTABIM DA 2-3 GÜNƏ NƏŞRİYYATA ÇAPA VERİLMƏYƏ HAZIRDIR.
ŞUMEROLOGİA da növbəti E2-E4 gedişində... Yəni tezliklə...
_______________________________
Şəkildə - Belçika GÖTTİNGEN universitetinin korpuslarından birinin görünüşü.
Tariyel Azerturk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]