Mircəfər Bağırov Çaybasan (digər adı Çayoba) kəndini necə yer üzündən silmişdi?

Dünən, 15:04           
Mircəfər Bağırov Çaybasan (digər adı Çayoba) kəndini necə yer üzündən silmişdi?
Onun əmri ilə kənd top atəşinə tutulmuş, çoxu qadın və uşaq olmaqla 32 nəfər həlak olmuşdu.
Kollektivləşmə ilə bağlı Azərbaycanın qərb rayonlarında Məcid Şəkibəyov və Hüseyn bay Soltanovun başçılığı ilə kəndli hərəkatı başlamışdı. Azərbaycan rəhbərliyi bu hərəkatın genişlənəcəyindən ehtiyat edirdi. Ona görə bu hərəkatı yatırmaq üçün Mir Cəfər Bağırov başda olmaqla mərkəzi operativ qərargah yaradılmış, ora onun müavini Yuvelyan Sumbatov-Topuridze və Azərbaycan Siyasi İdarəsinin gizli-siyasi şöbəsinin rəisi Adamoviçdən ibarət operativ qrup yaradıldı.
1930-cu ilin yanvarında əməliyyat başladı və iki alaydan ibarət dəstə Gədəbəy rayonuna göndərildi. Belə bir məlumat yayılmışdı ki, guya kəndli hərəkatının başçıları Çaybasanda gizləniblər. Məhz Bağırovun əmri ilə kənd top atəşinə tutulmuş, çoxu qadın və uşaq olmaqla 32 nəfər həlak olmuşdu. Uşaqların 9-u 2-6 yaş arasında idi.
Prof. Cəmil Həsənli
Gülnar Abbasova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]