Mikelancelo məsəli

7-10-2026, 07:54           
Mikelancelo məsəli
Mikelancelo məşhur Davud heykəlini mərmər blokundan yonanda bütün zadəganlar və vətəndaşlar bu möcüzəyə baxmağa gəldilər. Kardinal və onun yoldaşları da gəldilər. Heykəl gözəl idi! Hamı onun mükəmməlliyinə heyran qaldı. Amma kardinalın bir şey deməsi lazım idi, çünki o, təlimat verməyə öyrəşmişdi. Və Mikelanceloya tərəf dönərək dedi:
"Sənin işini bəyənirəm. Yalnız... bilirsən! O yer, çiyin... düşünürəm ki, onu bir az qısaltmaq lazımdır!"
O nə etməli idi? Kardinalla, bu təkəbbürlü, özünəinamlı adamla mübahisə etsin? "Xeyr, bunu etmək olmaz!"
Ölkədə hər şey bu qüdrətli ağanın lütfündən asılı idi. Lakin sənətkar harmoniyaya və gözəlliyə qarşı günah işlədə bilməzdi. Və sonra Mikelancelo sağ əlində çəkic, sol əlində iskənə və diqqət çəkmədən bir neçə mərmər qırıntısı götürdü. Pilləkənlərdən qalxaraq heykələ dəymiş kimi davranaraq çəkiclə iskənəni vurdu. Bu zaman əlindəki qırıntılar yerə töküldü.
Sonra aşağı enir, heykələ baxdı və kardinaldan soruşur:
"İndi daha yaxşıdır?" Kardinal gözlərini qıyır, diqqətlə baxır və deyir:
"Bəli! İndi mükəmməldir!"
Saken Beysenuli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]