Dünyanın ən məşhur təhsil ocağı olan Stanford universiteti belə təsis edildi

7-10-2026, 10:54           
Dünyanın ən məşhur təhsil ocağı olan Stanford  universiteti belə təsis edildi
Sadə geyimdə olan bir qadın və əri Boston stansiyasında qatardan düşərək Harvard Universitetinin prezidentinin ofisinə tərəf getməyə başlayırlar. Onların Harvard Universitetinin prezidenti ilə görüşü planlaşdırılmamışdı...
Katibə ilk baxışdan onlara nəzər yetirərək,müəyyən edir ki, belə adamların Harvardda heç bir işi ola bilməz.
- Prezident bütün günü məşğul olacaq - deyə katibə gələnlərə bildirir.
- Gözləyərik - deyə cavabında onlar bildirirlər.
Katibə onların məyus olub,gedəcəklərinə ümid edərək, bir neçə saat ərzində onlara məhəl qoymayır.
Ancaq cütlüyün heç yerə getmədiyindən əmin olandan sonra,özü bunu istəməsə də prezidenti narahat etməyə məcbur olur.
- Bəlkə bir neçə dəqiqəliyə qəbul edəsiniz?
Ziyarətçilər içəri girəndə prezident sərt və təkəbbürlü görünürdü.
Qadın ona müraciət edərək deyir:
- Bir oğlumuz var idi, bir ildir sizin universitetdə oxuyurdu. O, buranı çox sevirdi və burada çox xoşbəxt idi. Amma təəssüf ki, bir il əvvəl qəfil dünyasını dəyişdi. Ərim və mən universitetin ərazisində onunla bağlı bir xatirə qoymaq istəyirik.
Prezident buna heç sevinmədi - əksinə daha da əsəbiləşdi.
- Xanım, - dedi -Biz Harvardda oxuyub ölən hər kəsə heykəl qoya bilmərik. Bunu etsəydik, bu yer qəbirstanlıq olardı.
- Yox, yox, - qadın etiraz etməyə tələsdi, - biz heykəl qoymaq istəmirik, Harvard üçün yeni korpus tikmək istəyirik.
Prezident onların kasıb geyiminə baxaraq ucadan:
- Korpus? Heç xəbəriniz var ki,belə bir binanın qiyməti neçəyədir? Bütün Harvard binalarının dəyəri yeddi milyon dollardan çoxdur!
Bir dəqiqə qadın heç nəyə cavab vermədi. Sonra ərinə tərəf dönərək sakitcə dedi:
- Yeni universitet tikmək bu qədər ucuz başa gəlir? Bəs onda niyə öz universitetimizi tikməyək?
Əri təsdiqlə başını tərpətdi. Harvardın prezidenti çaşqın halda onlara baxırdı.
Cənab və xanım Stanfordlar qalxaraq ofisdən çıxdılar.
Və beləliklə, onlar Kaliforniyanın Palo Alto şəhərində sevimli oğlunun xatirəsinə dünyanın ən nüfuzli bir universitetini təsis edirlər. Universitet onların oğlunun adını daşıyır – Lelannd Stanford Junior University (Kiçik Leyland Stanford Universitet)
Qeyd. Dünyanın ən məşhur təhsil ocağı olan Stanford universiteti dəmir yolu maqnatı, ABŞ senatoru Leyland Stanford və həyat yoldaşı Ceyn Stanford tərəfindən təsis edilib.
Universitetə 1884-cü ildə 16 yaşında dünyasını dəyişən onların yeganə oğlu Leyland Stanfordun (Junior) adını daşıyır.
Bu qərarı verəndən sonra Ceyn həyat yoldaşına deyir: “Leyland,artıq Kaliforniyanın bütün uşaqları bizim övladlarımız olacaq."
Elsad Safarov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]