ÜST-dən qrip pandemiyası ilə bağlı açıqlama: Risk gözlənilmir
Dünən, 17:38
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mövsüm qrip pandemiyası riskinin olmadığını açıqlayıb.
RİA Novosti-nin məlumatına görə, ÜST mənbəyi bildirib ki, mövsümi qrip ştammları pandemiyaya çevrilmir.
Qeyd olunub ki, Avropa regionu da daxil olmaqla, mülayim iqlimə malik ərazilərdə mövsümi qrip epidemiyaları əsasən qış aylarında baş verir. Lakin pandemiyanın yaranması üçün virusun genetik dəyişikliklərə məruz qalması tələb olunur.
Daha əvvəl Rospotrebnadzor dünyada A qripi də daxil olmaqla, tənəffüs yolu infeksiyalarının mövsümi artımının müşahidə edildiyini açıqlayıb.