Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi nəticəsində 6 nəfər yaralanıb. Hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.
Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.
Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.