Tiflisdə yaşayış binasında partlayış

20-11-2026, 00:10           
Tiflisdə yaşayış binasında partlayış
Gürcüstanın paytaxtı Tiflisin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib.

Bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb.

Nəticədə binanın bir hissəsi dağılıb.

İlkin məlumatlara əsasən, partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili vurğulayıb ki, dağıntılar altından 4 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb:

“Onlardan biri uşaqdır. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə nəticəsində daha 7 nəfər, o cümlədən 3 azyaşlı itkin düşmüş hesab olunur. Hazırda onların axtarışı davam etdirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]