Almaniyada koronavirusa yoluxanların sayı 196 nəfərə çatıb

4-03-2020, 04:00           
Almaniyada koronavirusa yoluxanların sayı 196 nəfərə çatıb
Almaniyada yeni növ koronavirusa yoluxanların təsdiqlənmiş sayı 196 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat verib.

İnstitut bundan əvvəl 188 virus daşıyıcısını qeydə almışdı.

Ölkədə virusa yoluxanların ən çox olduğu bölgə əvvəlki kimi Şimali Reyn – Vestfaliyadır (103), ondan sonra Bavariya (37), Baden-Vürtemberq (28) və Qessen (12) gəlir.

Paytaxt Berlində isə 3 yoluxma halına rast gəlinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]