Bakıda iki qardaş yoxa çıxdı: Anadan pul tələb edirlər

1-01-2020, 12:32           
Bakıda iki qardaş yoxa çıxdı: Anadan pul tələb edirlər
Bakıda iki qardaş itkin düşüb.

Paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü R.N. və 1996-cı il təvəllüdlü M.N. evdən çıxıb və geri qayıtmayıblar.

Bu barədə hüquq-mühafizə orqanlarına onların anası məlumat verib.

Ana ərizəsində Kənan adlı şəxsin ona zəng edərək, 2000 manat pul borcunu ödəməsi təqdirdə oğlanlarını ona təhvil verəcəyini qeyd edib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]