UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət verilə bilər

21-11-2026, 12:49           
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı -
UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.

TEREF Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.

Lakin sonradan məlum olub ki, Bədavi Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.

Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.

İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]