Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olacaq 18-07-2026, 10:18 Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin olunacaq.TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.Məlumata görə, 54 yaşlı mütəxəssis 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq dörd illik müqavilə imzalayacaq. Facebook-da paylaş