DÇ-2026-nın final matçının ən ucuz və bahalı biletləri neçəyədir?

17-07-2026, 07:51           
DÇ-2026-nın final matçının ən ucuz və bahalı biletləri neçəyədir?
Argentina və İspaniya milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyununa ən ucuz biletin qiyməti 8 700 dolları (təxminən 14 500 manat - red.) ötüb.

Oxu.Az "SeatGeek" platformasına istinadən xəbər verir ki, satışda olan ən bahalı biletlərin qiyməti isə 114 000 dollardan (193 800 manat - red.) çoxdur.

Final matçı iyulun 19-da 82 500 tamaşaçı tutumuna malik "Metlayf" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]