ARB TV-nin keçmiş aparıcısı ad günündən bir neçə dəqiqə sonra qəzada öldü - VİDEO+YENİLƏNİB

Dünən, 08:21           
ARB TV-nin keçmiş aparıcısı ad günündən bir neçə dəqiqə sonra qəzada öldü - VİDEO+YENİLƏNİB
Keçmiş TV aparıcısı Ada Süleyman doğum günündən bir neçə dəqiqə sonra faciəvi şəkildə həyatını itirib.

AFN.az xəbər verir ki, uzun illər ARB TV-də “Sən olsaydın” verilişinin aparıcısı olan Ada Süleyman dostları ilə birlikdə ad günün qeyd edib. Ondan bir neçə dəqiqə sonra isə keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

***

Fövqəladə Hallar Nazirliy baş vermiş qəza hadisəsi ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]