ABŞ-ın Filadelfiya şəhərində naməlum silahlı 6 nəfəri yaralayıb

14-10-2019, 04:38           
ABŞ-ın Filadelfiya şəhərində naməlum silahlı 6 nəfəri yaralayıb
ABŞ-ın Filadelfiya şəhərinin şimalında baş vermiş silahlı insident zamanı 6 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “NBC 10 Philadelphia” telekanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxs odlu silahdan atəş açıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə hələlik bir məlumat verilməyib.

İnsidenti törədən şəxs axtarışdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]