Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa özbaşına tikintidir? VİDEO

Dünən, 12:38           
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa özbaşına tikintidir?  VİDEO
Bakının Binəqədi-Novxanı şosesində qanunsuz tikinti aparıldığı iddia olunur. Söhbət yolun kənarında avtoyuma məntəqəsi üçün quraşdırıldığı bildirilən metal konstruksiyalardan gedir.

Patrul.az xəbər verir ki, ərazidə aparılan işlər hələ ilkin mərhələdə olsa da, artıq bir sıra suallar doğurub. Belə ki, tikinti sahəsində hər hansı məlumatlandırıcı lövhə yerləşdirilməyib. Obyektin kimə məxsus olduğu, torpaq sahəsinin təyinatı və tikinti işlərinin hansı icazə əsasında aparıldığı barədə məlumat əldə etmək mümkün deyil.

Xüsusilə yol kənarında belə bir obyektin inşasına başlanılması diqqət çəkir. Görəsən, aidiyyəti qurumların bu tikintidən xəbəri varmı? Əraziyə baxış keçirilibmi? Əgər tikinti zamanı hər hansı qanun pozuntusuna yol verilirsə, bunun qarşısı niyə indiyədək alınmayıb?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Gözləntimiz odur ki, əraziyə baxış keçirilsin, tikintinin qanuniliyinə hüquqi qiymət verilsin və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunsun.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]