Çin pilotsuz qırıcı təyyarə yaratdı – ABŞ ÜÇÜN KABUS

7-06-2018, 17:23           

İnternetdə Çinin yeni istehsal etdiyi pilotsuz qırıcı təyyarənin fotoları yayımlayıb.

İKT.lent.az-ın Rambler.ru-ya istinadən məlumatına görə, “Dark Sword” (“Tünd qılınc”) adlanan təyyarəni dünyada analoqu yoxdur.

Çinin “Shenyang Aircraft” şirkəti layihə üzərində 10 ildən çox işləyib. “Business İnsider” bu təyyarəni “ABŞ üçün kabus”, “The War Zone” isə “Pentaqonu pis vəziyyətə salan mütərəqqi aparat” adlandırıb.

Fotoları analiz edən ekspertlərin sözlərinə görə, “Tünd qılınc” səsdən sürətli uçuş üçün optimallaşdırılıb və uçuş zamanı maksimal şəkildə gizliliyini qoruyur. Bu isə Çinə ABŞ-la qarşıdurmada böyük üstünlük verə bilər.

Qeyd edək ki, Çin hazırda onlarla pilotsuz uçan aparat növü istehsal edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]