G7 və Avropa Trampa qarşı birləşdi

3-06-2018, 18:41           
G7 və Avropa Trampa qarşı birləşdi
“Böyük yeddilik”də (G7) təmsil olunan 6 ölkənin maliyyə nazirləri ABŞ-ın polad və alüminium idxalına dair rüsumlarına qarşı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə G7 ölkələrinin narahatlığı maliyyə nazirlərinin Britaniyada keçirilən 3 günlük görüşü çərçivəsində ifadə edilib.

Kanadanın Maliyyə naziri Bill Morno görüşün nəticələrinə dair çıxışında G7-nin 6 ölkəsinin, həmçinin Avropa İttifaqının təmsilçisinin Donald Trampın ticarət siyasətinə görə narahatlıq və məyusluğunu ifadə edib. Onun sözlərinə görə, ticarət təşkilatının 6 üzvü və Avropa İttifaqı ABŞ-ın yeni vergi siyasətinə qarşı birləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]