Mark Sukerberqin Avropa Parlamenti dinləmələrində cavabları deputatları qane etməyib

23-05-2018, 08:25           
Mark Sukerberqin Avropa Parlamenti dinləmələrində cavabları deputatları qane etməyib
Avropa Parlamenti (AP) fraksiyalarının deputatları "Facebook" şirkətinin rəhbəri Mark Sukerberqin çərşənbə axşamı AP-nin Vətəndaş azadlığı, ədliyyə və daxili işlər komitəsində keçirilən xüsusi dinləmələrdəki çıxışından narazı qalıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

"Mən sizə "bəli" və "xeyir" cavabı verməli olduğunuz altı sual verdim, lakin heç bir cavab almadım. Siz əbəs yerə məhz belə bir format istəmədiniz. Bu hələ son deyil", - deyə AP-də "Yaşıllar" fraksiyasının həmsədri Filipp Lambert bildirib və deputatların daha bir dinləmənin keçirilməsini israr edəcəyini söyləyib.

"Həmkarlarım tərəfindən verilən bir sıra suallar qalır ki, mən onlara cavab almaq istəyirəm", - deyə dinləmələrin sonunda Avropa liberalları fraksiyasının lideri Gi Verxofstadt bildirib.

Avropa Parlamentinin sədri Antonio Tayani öz növbəsində parlamentariləri əmin edib ki, "Facebook" yaxın bir neçə gün ərzində hər suala yazılı şəkildə cavab verməli olacaq.

Mark Sukerberq Avropa Parlamentinə "Facebook"un "The New York Times" qəzetinin məqaləsindən sonra səs-küylü qalmaqal mərkəzinə düşüb. Məqalədə sosial şəbəkənin öz istifadəçiləri haqqında məlumatları "Cambridge Analytica" şirkətinə ötürdüyü qeyd olunmuşdu. Müxtəlif məlumatlara görə, söhbət 87 milyon nəfərin şəxsi məlumatlarının ötürülməsindən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]