Dağıstanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

2-04-2018, 11:43           
Dağıstanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Dərbənd şəhər İcra Hakimiyyətinin Arxitektura və şəhərsalma idarəsinin rəhbəri barədə RF CM-nin “vəzifə səhlənkarlığı” maddəsi ilə cinayət işi qaldırılıb.

Axar.az xəbər verir ki, istintaq idarə rəhbərinin RF qanunvericiliyi ilə uyğunluğunu yoxlamadan 2017-ci ildə şəhərdə 4 göydələnin istismara qəbul edilməsi barədə sənəd imzaladığını bildirib. Halbuki həmin binalarda tikinti tam başa çatmayıb, ərazidə işlər yekunlaşmayıb, həmçinin binaların fasadı, santexnika işləri yarımçıqdır.

Qeyd edək ki, Dağıstanda bir müddət öncə ciddi yoxlamalara başlanılıb. Araşdırmalar nəticəsində Dağıstanın baş naziri, baş nazir müavinləri, bir neçə rayon administrasiya rəhbəri, həmçinin Dağıstan Federal Antiinhisar Xidmətinin rəisi həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]