İranda elektrik kəsintisinə start verildi

Dünən, 09:58           
İranda elektrik kəsintisinə start verildi
İran dünəndən elektrik kəsintisinə getməyə qərar verib. Ölkənin Milli Elektrik Şirkətinin direktoru Məhəmmədullah Dad dövlət televiziyasına açıqlamasında bildirib ki, "Ölkədə yanacaq təchizatı ilə bağlı xüsusi hallar səbəbindən elektrik sektoru bazar günündən etibarən paylama məhdudiyyətləri tətbiq etmək məcburiyyətində qalacaq".
Rəsmi açıqlamaya görə, gündə iki saatlıq kəsinti 2 gün davam edəcək.
Bəzi İran vətəndaşları isə kəsintinin davamlı olacağından narahatdırlar. Onların əndişələrini İran rəsmilərinin verdikləri bəyanatlar da haqlı çıxarır. Belə ki, İran prezidenti Məsud Pezeşkyan iki gün əvvəl ABŞ və İsrailin ölkədəki enerji obyektlərinə hücumları nəticəsində təchizat çatışmazlığının artdığını bildirərək xalqı ağır günlərə hazırlaşmağa çağırmışdı: "Bu qışda üzləşə biləcəyimiz çətinliklərə hazır olmalıyıq".
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]