Rusiya bu gündən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edir

15-05-2023, 11:04           
Rusiya bu gündən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edir
Rusiya mayın 15-dən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə ölkəyə daxil olan şəxslər istisna olmaqla, Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edəcək.

"Report" xəbər verir ki, Rusiya Prezidentinin müvafiq fərmanı mayın 10-da hüquqi informasiya portalında dərc edilib.

Sənəddə deyilir ki, mayın 15-dən Gürcüstan vətəndaşları etibarlı şəxsiyyət sənədləri əsasında Rusiya Federasiyasına daxil olur və Rusiya Federasiyasını viza vermədən tərk edirlər.

İstisna əmək fəaliyyəti ilə məşğul olmaq üçün və ya 90 gündən çox müddətə, o cümlədən təhsil almaq məqsədi ilə daxil olan vətəndaşlardır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]