İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır

26-04-2023, 00:05           
İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır
İsveçin xarici işlər naziri Tobias Billström Rusiyanın Stokholmdakı səfirliyindən 5 diplomatın qovulmasına qərar verdiklərini açıqlayıb.
Bakupost.az xəbər verir ki, İsveç dövlət televiziyası SVT-yə açıqlama verən nazir Tobias Billström Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Xarici İşlər Nazirliyinə çağırdığını və diplomatik əlaqələrlə bağlı 5 rus diplomatı Vyana Konvensiyasına zidd hərəkət etdikləri üçün ölkəni tərk etmələrini söylədiklərini bildirib.
Qeyd edək ki, İsveç Milli Kəşfiyyat Təşkilatı SEPO tərəfindən aprelin 21-də verilən açıqlamada isə İsveçdə çalışan 3 rusiyalı personaldan birinin Rusiya kəşfiyyatı üçün işlədiyi və ölkə üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]