Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO

26-09-2026, 12:07           
Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO
Argentinanın cənubunda yerləşən Çubut əyalətinin sahillərində yenidən onlarla ölü cənub hamar balinası balası aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, "Conicet" Milli Tədqiqat Şurasının Dəniz Məməliləri Laboratoriyasının tədqiqatçısı Mariano Koskarella cari mövsümdə gənc balinalar arasında ölüm səviyyəsinin xüsusilə yüksək olduğunu bildirib. Onun sözlərinə görə, bu narahatedici tendensiya iyun ayından bəri davam edir.

Qeyd olunur ki, baytarlar adətən balinaların dərisində məskunlaşan bakteriyaların yaratdığı ciddi xəstəlik olan erizipel (qızılyel) iltihabının yayılmasından şübhələnirlər.

"Görünür, söhbət təbii səbəblərdən gedir, lakin insan fəaliyyətinin təsirini də tam istisna edə bilmərik", - deyə M.Koskarella əlavə edib.

Çubut əyalətinin rəsmiləri heyvanların tələf olma səbəblərini müəyyənləşdirmək üçün alimlərlə sıx əməkdaşlıq etdiklərini bəyan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]