MAVİ BALINALAR HEÇ BİR ZAMAN BÖYÜK OV DALINCA QAÇMAZLAR
28-09-2026, 15:14

Əgər daha böyük ov daha çox enerji deməkdirsə, niyə mavi balinalar böyük balıqlar əvəzinə kiçik krill yeyirlər?
Mavi balina 150 tondan çox ağırlığındadır və barmaq böyüklüyündə canlıları yeyir.
Sanki, daş karxanası yük maşınına – Kamaza - pipetlə yanacaq doldurmaq kimi.
Əlbəttə ki, burada təkamül xətası yoxdur; sadəcə daha enerjiyə qənaətli olduğu ortaya çıxıb.
Mavi balinalar böyük balıqları təqib etmirlər – bu çox təlaşlı və çox az faydalıdır.
Orta ölçülü balıqlar da böyük balina üçün pis ovdur. Balıqlar sürətlidir. Sürü yırtıcı görür və dərhal dağılır.
Digər tərəfdən, Antarktika krillləri nəhəng, sıx sürülərdə toplanır. Bəzən su milyonlarla kiçik xərçəngkimilərlə birlikdə narıncı-tünd qırmızı rəngə çevrilir. Bu, əsl qida bulududur.
Mavi balina bu vaxt sürətlənir, ağzını demək olar ki, 90 dərəcə açır, qıvrımlarını uzadır və bir qurtumda 120 kubmetrə qədər suyu udur. Daha sonra suyu baleenindən keçirərək içəridəki krillləri tutur.
Bir uğurlu cəhd təxminən 500 kiloqram (!) qida əldə etməyə imkan verir.
Əsas məsələ odur ki, belə bir qurtum balinaya nisbətən az enerji sərf edir, lakin böyük bir gəlir gətirir.
Bir qurtumla yarım milyon kilokaloridən çox enerji alır, hücumun özünə isə, min kkaldan az enerji sərf edir. Bəlkə də təbiətdə uğur nisbəti baxımından bundan daha təsirli bir ov strategiyası yoxdur.
Mavi balina sadə bir həqiqəti sübut edib: təbiətdə qalib ən böyük və ən vacib ovu yeyən deyil. Ən gəlirli bufet tapandır.
Есмира Шукурова

