“Apple” yenidən dünyanın ən bahalı brendi oldu

17-06-2022, 10:14           
“Apple” yenidən dünyanın ən bahalı brendi oldu
“Apple” dünyanın ən bahalı brendi adını yenidən qazanıb.

Bu barədə “Kantar” şirkətinin “Brandz Top 100 Most Valuable Global Brands” reytinqindən məlum olur.

Hazırda “Apple” brendi 947,1 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 55% yüksəkdir. Sonuncu dəfə bu brend 2015-ci ildə birinci pillədə qərarlaşmışdı.

İlk beşliyə həmçinin aşağıdakılar daxildir:

“Google” - dəyəri bir il ərzində 78% artaraq 820 milyard dollara yaxınlaşıb;

“Amazon” - dəyəri cəmi 3% artaraq 706 milyard dollar təşkil edir;

“Microsoft” - brend 49% bahalaşaraq 611 milyard dollara yüksəlib;

“Tencent” - 11% ucuzlaşıb və 214 milyard dollar dəyərindədir.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]