Ayda toplanan süxurlarda suyun olduğu təsdiqlənib

17-06-2022, 10:03           
Ayda toplanan süxurlarda suyun olduğu təsdiqlənib
Çin alimlərinin açıqlamasına görə, “Chang'e 5”in Aya eniş aparatının topladığı süxurlarda suyun ola biləcəyinə dair əlamətlər Yerdəki sınaqlarla təsdiqlənib.

2020-ci ilin dekabrında Aya enən kosmik gəmi reqolit kimi tanınan təxminən 1,7 kiloqram qaya parçası və Ay torpağı toplayıb.

O, həmçinin topladığı nümunələrin kimyəvi tərkibini ölçmək üçün öz bort alətlərindən istifadə edib.

Çin Elmlər Akademiyasından olan bir qrup “Chang'e-5”in Yerə qaytardığı yükü birbaşa tədqiq edərək nümunələrdə suyun olduğunu təsdiqləyib.

Alimlər ümid edirlər ki, Yerin peykini müstəmləkə edəcək gələcək astronavtlar özləri üçün su və saf oksigen istehsal etmək üçün ətraf mühitdən molekulyar oksigen və hidrogen əldə edə biləcəklər.

Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]