Türkiyədə toy karvanı qəza törətdi, ölən və yaralananlar var

17-07-2021, 07:33           
Türkiyədə toy karvanı qəza törətdi, ölən və yaralananlar var
Türkiyədə toy karvanı qəza törədib.

"Report" xəbər verir ki, hadisə Türkiyənin Aksaray əyalətində qeydə alınıb.

Belə ki, toy karvanı ilə Avropada məskunlaşmış türk qürbətçilərin olduğu avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım əməkdaşları cəlb olunub, yaralılar Aksaray Şəhər Xəstəxanasına yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]