Bu şəxslərin əməkhaqqına ƏLAVƏLƏR EDİLDİ - 2000 manat maaş ALACAQLAR

15-02-2024, 17:48           
Bu şəxslərin əməkhaqqına ƏLAVƏLƏR EDİLDİ - 2000 manat maaş ALACAQLAR
Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq, 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub.

Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.

Məlumatda bildirilib ki, 897 direktor 1000 manatdan yüksək əməkhaqqı alır. Onlardan 285-i 1000-1500 manat, 456-sı 1500-2000, 156-sı isə 2000-dən çox maaş alır.

Qeyd edək ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]