Düyü bahalaşacaq: Anons verildi

8-02-2024, 08:54           
Düyü bahalaşacaq:
Hindistan səlahiyyətliləri düyü üçün ixrac rüsumu ilə bağlı qərarın müddətini uzada bilər ki, bu da bu məhsulun dünya qiymətlərinin artmasına səbəb olacaq.

Bu, onun qlobal bazarlara tədarükünü məhdudlaşdıracaq.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Bloomberg” insayderlərə istinadən yazır.

Hindistan hazırda 31 martda başa çatacaq qaydalara əsasən düyü ixracına 20 faizlik tarif tətbiq edir. Agentliyin həmsöhbətləri bildiriblər ki, dünyanın ən böyük düyü tədarükçüsü hökuməti bu növ taxılın xaricə tədarükünü tam qadağan etmək variantını hələ nəzərdən keçirmir. Tariflərin uzadılması hökumətə dekabr ayında illik müqayisədə təxminən 10 faizə yüksələn ərzaq inflyasiyasını cilovlamağa kömək edəcək.Hindistanda pərakəndə düyü qiymətlərinin keçən ildən 11 faiz artmasından sonra qida naziri Piyuş Göyal onun satışını subsidiyalaşdırmaq üçün proqram başlatdı.

Hökumətinin məlumatına görə, 2023-cü il aprelin 1-dən 2024-cü il yanvarın 21-dək ölkədən düyü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb. İxrac məhdudiyyətlərinin tətbiqinə qədər bu taxıl növünün xaricə tədarükünün 30 faizini qaynadılmış düyü təşkil edirdi.

Hindistan 2023-cü ilin iyulunda əsas düyü sortlarının satışını məhdudlaşdırmağa başladı. Sonra hökumət basmati çeşidi istisna olmaqla, ağ düyü ixracına qadağa qoydu. Artıq avqust ayında, tədarükün azalması ilə bağlı artan narahatlıqlar fonunda Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə yüksəldi. Beləliklə, Tailand ağ düyü bir ton üçün 648 dollara yüksəlib. Bu, 2008-ci ilin oktyabrından bəri rekord səviyyədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]