Bakıda avtoqarajlarda fəaliyyət göstərən obyektlər park salınmasına mane olur - VİDEO

6-02-2024, 09:30           
Bakıda avtoqarajlarda fəaliyyət göstərən obyektlər park salınmasına mane olur - VİDEO
Bakının Nizami rayonu, Naxçıvanski 38 ünvanında park salınır.

Artıq qazıntı prosesinə başlanılıb, lakin işləri davam etdirmək mümkün deyil.

Səbəb isə ərazidə yerləşən obyekt və sex kimi istifadə edilən avtoqarajlardır.

Ərazidə iş aparan şirkət əməkdaşının sözlərinə görə, bu obyektlərin sahibləri ilə sadəcə zənglə əlaqə yarada biliblər.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Naxçıvanski küçəsi 38 və 48 ünvanlarında məhəllənin abadlaşdırılması işlərinə başlanılıb. Məhəllədə uşaq-əyləncə və idman qurğuları, yeni işıqlandırma sistemi, söhbətgahlar və oturacaqlar quraşdırılacaq, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılacaq. Bu məqsədlə sözügedən ünvanlarda sakinlər tərəfindən çəpərlənərək zəbt edilmiş ərazilər, eyni zamanda, beş ədəd dəmir avtoqaraj və beş ədəd köhnə tipli söhbətgah götürülüb. Digər daş avtoqarajların götürülməməsinə səbəb isə onların müvafiq sənədlərinin olmasıdır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]