Bakıda tarixi binaya müdaxilə edilir – Memardan ETİRAZ – VİDEO

3-02-2024, 07:04           
Bakıda tarixi binaya müdaxilə edilir –
“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması tarixi binaya müdaxilə etmək deməkdir”. Bunu Oxu.Az-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.

O qeyd edib ki, tarixi binanın fasadının laqunda vasitəsilə ağardılması yolverilməzdir:

“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr gedir, amma heç nə dəyişmir”.

Professor qeyd edib ki, son 3-4 ildə Bakıda fasadların bu cür ağardılmasına rast gəlinmirdi.

“Bu gün biz görürük ki, şəhərin mərkəzində köhnə laqundalarla fasadı əvvəllər necə təmizləyirdilərsə, o cür də davam edirlər. Əslində, son 3-4 ildə Bakıda belə etmirdilər. İndi yenə başlayıblar. Demək ki, yenə nəzarətsizlikdir”, – deyə memar bildirib.

Qeyd edək ki, sözügedən bina 1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların evidir. Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]