Azərbaycanlıların "pis vərdişi": "5 illik planı 3 ilə yerinə yetirirlər"

9-07-2023, 16:34           
Azərbaycanlıların "pis vərdişi": "5 illik planı 3 ilə yerinə yetirirlər"
Erməni analitik Samvel Hovhannisyanın fikrincə, Azərbaycanlılar sovet hakimiyyəti illərindən bir “pis vərdişə” yiyələniblər: 5 illik planı 3 ilə yerinə yetirmək öyrəncəliyinə. İndi də onlar, yəni biz, 5 illik 9 noyabr Bəyanatının tələbləri 3 ildə yerinə yetirməyə çalışırıq.
Xatırladım ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bu bəyanatda rus “sülhməramlıları”nın 5 il müddətinə Qarabağda qalması nəzərdə tutulur. Görünür, erməni analitik azərbaycanlıların pis vərdişindən bəhs edəndə rus sülhməramlılarının bu il Qarabağdan çıxarılması ehtimalından danışır.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]