Bayden kişi ilə qadını səhv saldı - VİDEO

9-10-2021, 08:24           
Bayden kişi ilə qadını səhv saldı - VİDEO
ABŞ Prezidenti Co Bayden İllinoysda çıxışı zamanı bir sıra səhvlərə yol verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

O, əvvəlcə Çikaqonun qadın bələdiyyə başçısı Lori Laytfutu “cənab” adlandırıb.

Tamaşaçılar Ağ Ev rəhbərinin çıxışında tək səhvin bu olmadığını da bildiriblər. Belə ki, o, İllinoys ştatının senat sədri Don Harmona müraciət edərkən dili dolaşıb.

“Və Ohayo Pensilvaniya, Ohayo Pensilvaniya, mən pensilvaniyalıyam, İllinoysun prezidenti”, - deyə ABŞ prezidenti rabitəsiz ifadələr işlədib.

Daha sonra Bayden xəstəxana işçisi ilə söhbətini izləyicilərə danışarkən televizorla telefonu qarışdırıb.

“Dünən axşam televiziyada idim, televiziyada idim, təcili yardım idarəsindən bir nəfərlə telefonda danışdım”, - deyə o, xatırlayıb.

Sosial şəbəkə istifadəçiləri qısa bir çıxışda bu qədər səhvə öz təəccüblərini bildiriblər.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]