Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb

8-12-2019, 04:11           
Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı İran, Suriya və İsrailin təhlükəsizliyini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Netanyahu özünün Twitter hesabında yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. İran məsələsini, Suriyadakı vəziyyəti, İsrailin təhlükəsizlik tələblərini və iki ölkənin ordusu arasında gözlənilməz qarşıdurmaların yaranmaması istiqamətində davamlı addımların atılmasını müzakirə etdik”

Bundan əvvəl rəsmi Kreml rəhbərlərin iki ölkə arasında Suriya istiqamətində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdiyini bildirmişdi.

Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]