Bibiheybətdəki “Balıq evləri” vətəndaşları necə soyur?- Menyuda balığın qiyməti 18 manat fərqlə göstərilir

12-09-2021, 13:00           
Bibiheybətdəki “Balıq evləri” vətəndaşları necə soyur?-
Bibiheybətdəki balıq üzrə ixtisaslaşan restoranlarda əhalinin kütləvi aldadılması prosesi həyata keçirilir. Azinforum.az-ın əməkadaşı bu narazılıqlardan birini yerindəcə araşdırıb.

Həmin ərazidə yerləşən “ Bülbül” adlı restoranın menyusundakı qiymətlərə diqqət edək. Məsələn, balıqların birinin qiyməti 8-25 manat kimi göstərilir. Müştəri iki balıq sifariş edirsə, restoran bu qiymət arasında ürəyi istədiyi qaydada hesablama aparır. Buna etiraz edəndə, “bizdə belədir” – cavabı verilir.


Restoran qiyməti balıqların böyüklüyünə görə müəyyən edirsə, onda niyə hər bir balığın çəkisini və qiymətini ayrılıqda yazıb təqdim etmir? Cavab aydındır. Elə olanda müştəri daha kiçik ölçülü balıq sifariş edir və hesablamanı dəqiq apara bilir ki, bu da restorana sərf etmir.


Azinforum.az restorandakı qiymət özbaşınalıqları ilə bağlı fotoları təqdim edir. Ümidvarıq ki, İqtisadiyyat Nazirliyi bununla bağlı müvafiq araşdırma aparacaq və müştərilərin kütləvi aldadılmasına son qoyacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]