"Qubanın İcra başçısı Ukraynadakı zavodunda biznesmen kimi gəzir"- Cavnşir Həsənli

13-06-2019, 09:14           
"Qubanın İcra başçısı Ukraynadakı zavodunda biznesmen kimi gəzir"- Cavnşir Həsənli
Teref.az müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Ukraynada dəyəri 10 milyon dollar olan zavodda gəzərək sahibi olduğu zavodun işlərini araşdırdığını göstərən videonu və jurnalistin zavod və onun sahibləri haqqüında əldə etdiyi sənədlərin fotosurətini təqdim edir.
Cavanşir bəy öz statusunda yazır:
"Bir müddət əvvəl Qubanın icra başçısı Ziyəddin Əliyevin korrupsiya əməllərini ifşa edən sənədlər təqdim etmişdim. Çexiyada, Avstriyada şirkətlərdən, Ukraynada 10 milyon dollara aldığı zavoddan bəhs etmişdim. Adam yenə işinin başındadır, talamağındadır.
Olsun, biz də onu ifşa etməkdə davam edək. Təqdim etdiyim bu videoda təkcə icra başçısının zavodunu yox, elə zavodun həyətində harın-harın gəzən özünü də görəcəksiniz. Görəcəksiniz ki, büdcədən oğurladıqları milyonları xaricə çıxaran Ziyəddin müəllim özünü ukraynalılara necə biznesmen kimi sırıyır."
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az







































Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]