Bakıda metroda gənc özünü qatarın altına atdı

8-02-2020, 00:22           
Bakıda metroda gənc özünü qatarın altına atdı
Metronun "Nərimanov" stansiyasında bir nəfər özünü qatarın altına atıb.

"Bakı Metropoliteni"ndən APA -ya verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.

Dərhal gərginlik xətdən ayrılıb.

Özünü qatarın altına atan 24 yaşlı gənc yüngül xəsarət alıb.

Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.

Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]