Fransada xoruz məhkəməyə verilib

5-07-2021, 07:37           
Fransada xoruz məhkəməyə verilib
Fransanın Vandevr syür-Bars komunnası sakinləri Manon Vanson adlı həmyerlilərinə məxsus xoruzu məhkəməyə veriblər.

“Ren TV” məlumat verir ki, heyvan yüksək səslə banlamaqda günahlandırılır.

Şikayətçilərin sözlərinə görə, sübh tezdən banlayan xoruz heç kimi yatmağa qoymur.

Qeyd olunub ki, bu, ölkədə ilk belə iş deyil. 2019-cu ildə Moris adlı xoruza qarşı da məhkəmə iddiası qaldırılıb. Lakin xoruzun banlamaq hüququ tanınaraq, onun xeyrinə qərar çıxarılıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]