Polis və etirazçılar arasında toqquşma - 30 ölü

23-04-2018, 08:18           

Nikaraquada hökumət əleyhinə keçirilən etirazlar zamanı polis və aksiya iştirakçıları arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Prensa” qəzeti məlumat yayıb.

Toqquşmalar zamanı azı 30 nəfərin həlak olduğu bildirilir. Ölənlər arasında 1 jurnalist də var.

Hökumətin sosial sığorta sahəsində apardığı dəyişikliklərə etiraz olaraq əhali 5 gündür küçə yürüşləri edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]