Rusiya XİN-dən xəbərdarlıq: Ukrayna terror aktı hazırlayır

1-07-2023, 08:58           
Rusiya XİN-dən xəbərdarlıq: Ukrayna terror aktı hazırlayır
Mariya Zaxarova qeyd edib ki, Kiyevdə radiasiyanın ölçülməsi üçün əlavə qurğular quraşdırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zaporojye Atom Elektrik Stansiyasında (AES) qəza baş verəcəyi təqdirdə bir sıra regionlarda keçirilən təlimlər fonunda Ukrayna tərəfindən terror aktlarının mümkün hazırlaması barədə xəbərdarlıq edib.
Bu barədə Rusiya mediası Rusiya XİN-in rəsmi nümayəndəsinin “Telegram”da qeyd etdiklərinə istinadən xəbər verib.
O, həmçinin xatırladıb ki, Kiyevdə radiasiyanın ölçülməsi üçün əlavə qurğular quraşdırılıb.
“Kiyev hakimiyyəti növbəti terror aktı törətməyə hazırlaşır”, - deyə Zaxarova yazıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu yaxınlarda Ukraynaya tədarük edilən tükənmiş uran sursatlarının məhv edilməsindən sonra yaranan radioaktiv buludun Qərbi Avropaya doğru irəlilədiyini bildirib.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]