Əgər bu İranın əlinə keçsə, milyonlar təhlükə altında qalacaq - Netanyahu

29-06-2023, 16:34           
Əgər bu İranın əlinə keçsə, milyonlar təhlükə altında qalacaq - Netanyahu
İsrail silahlarının Ukraynaya tədarükündən çəkinir. Ona görə ki, İranın əlinə keçəcəyindən olduqca narahatdır.

Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, Vaşinqton və Kiyevin Ukrayna ordusuna silah tədarükü ilə bağlı müraciətləri rədd edilib: "Biz narahatıq ki, məncə, Ukraynanın Qərb müttəfiqlərindən heç birinin belə bir narahatlığı yoxdur. İsrail silahların Ukraynada ələ keçirilərək İrana verilə biləcəyindən ehtiyat edir. Xüsusilə, söhbət İsrailin ABŞ ilə birgə hazırladığı Dəmir günbəz hava hücumundan müdafiə sistemindən gedir. Əgər bu sistem İranın əlinə keçsə, milyonlarla israilli müdafiəsiz və təhlükə altında qalacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]