Polisinin 17 yaşlı yeniyetməni öldürməsindən sonra başlayan küçə etirazları nəticəsində Fransada vəziyyət yenidən qarışıb.
“Ölkə.Az” xəbər verir ki, gəncin öldürülməsinə etiraz olaraq ötən gecədən küçələrə çıxan etirazçılar küçələrdəki zibil qutularını və avtomobilləri yandırıblar.
Hadisələrin qarşısını almaq üçün tədbirləri artıran Fransa polisi Parisə 2 min əlavə polis göndərmək qərarına gəlib. Vəziyyətin getdikcə daha da gərginləşdiyini görən Fransa prezidenti Makron yaranmış durumla əlaqədar olaraq hökuməti toplamaq qərarına gəlib.