Almanlar Ukraynadan gələn qaçqınlara necə baxır? - Ukraynalı qadının ÜSYANI

29-06-2023, 16:19           
Almanlar Ukraynadan gələn qaçqınlara necə baxır? -
“Siz ey almanlar, fərqi tam başa düşmürsünüz: ukraynalılar sizin üçün ərəb qaçqınları deyil. Ukraynalıların evdə normal işi var idi. Biz hər şeyimizi sizə görə itirdik”.

Bizim.Media "RİA FAN" onlayn nəşrinə istinadən xəbər verir ki, bu sətirləri özünün sosial şəbəkə səhifəsində ukraynalı qadın yazıb.

O, qəzəblə bildirib ki, avropalılar ukraynalıları ərəb miqrantlarla bir tuturlar. Və onları çox ucuz, bəzənsə havayı işlətməyə çalışırlar.

Nəşri qeyd edir ki, Ukraynalı qaçqının bu fikirləri alman internet istifadəçilərini çox qəzəbləndirib.
Onlar ukraynalı qadına ağır təhqirlər yazıblar. Bildiriblər ki, Almaniya vətəndaşları daim onları və dövləti aldatmağa çalışan ukraynalılardan beziblər. Və bir çox sosial şəbəkə istifadəçisi Avropadakı həyatı tənqid etmək əvəzinə qadına Ukraynaya qayıtmalarını tövsiyyə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]